idman

“Vüqar Həşimov” komandası Avropa kubokunda Moldova yığmasına böyük hesabla qalib gəlib

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 20 Sep 2021
  • 1335 baxış

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı davam edir.

XalqTv.com Trend-ə istinadən bildirir ki, turnirin ikinci turunun oyunları keçirilib. Yarışda Azərbaycanı təmsil edən "Vüqar Həşimov" klubu Moldovanın "Perfect" komandasına böyük hesabla (5,5:0,5) qalib gəlib.

Qeyd edək ki, komandamız birinci turda İrlandiyanın "Gonzaga" yığmasını 4,5:1,5 hesabı ilə məğlub edib.

Azərbaycanın digər qrossmeysterləri Şəhriyar Məmmədyarov yarışın reytinq favoriti olan Makedoniyanın "Alkaloid", Nicat Abasov isə İspaniyanın "Silla" komandasını təmsil edir.

İkinci turda "Alkoloid" Sloveniyanın "Sloven Ruma" yığmasına 5,5:0,5, "Silla" isə Belçikanın "Schachfreunde Wirtzfeld" komandasına 5:1 hesabı ilə qalib gəliblər.

Kişilərin yarışında 38 komanda mübarizə aparır

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR