Xəbərlər

Bakıda piyada keçidlərinin tikintisi niyə yarımçıq qalıb? - VİDEO

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 20 Sep 2021
  • 240 baxış

Paytaxtın müxtəlif yerlərində yerüstü piyada keçidlərinin inşası illərdir ki, yekunlaşmır. Bu hal isə həmin ərazilərdən istifadə edən piyadalar üçün təhlükə yaradır.

XalqTv.com Xəzər TV-yə istinadən xəbər verir ki, keçidlərdən birinin sadəcə bünövrəsi qoyulub, digəri isə təhvil verilmir.

Məsələn, paytaxtın 8 noyabr prospekti və Koroğlu Rəhimov küçəsində belə vəziyyət yaşanır. Ərazidə piyada keçidində işlər yekunlaşmadığı üçün insanlar sürətlə şütüyən maşınların arasından həyatlarını təhlükəyə ataraq yolu keçirlər.

Piyadaların avtomobil yolundan nizamsız keçməsi sürücülərin də işini çətinləşdir. Belə olan halda isə qəzalar qaçılmaz olur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məsələyə münasibət bildirib. Qeyd olunub ki, piyada keçidlərində tikintinin yarımçıq qalmasının səbəbi büdcə ilə bağlıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR