Hadisə

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 16 Sep 2021
  • 1920 baxış

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib.

XalqTv.com oxu.az-a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahidə edilə bilər.

Kristlayfsenin sözlərinə görə, bu buludlar Yer səviyyəsindən 15-30 kilometr yüksəkliklərdə, -70 və -90 dərəcə temperatur dəyişikliyi olarkən yaranıb.

Paylaşım internet istifadəçiləri arasında heyranlıq və təəccüb doğurub.

Qeyd edək ki, bloqer bundan əvvəl möhtəşəm video xatirinə İslandiyadakı Faqradalsfyadl  vulkanının ağzında pilotsuz təyyarəni yandırmışdı.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR