İqtisadiyyat

Azərbaycanda AI-95 və AI-98 markalı benzin bahalaşdı: səbəb nədir? - RƏSMİ AÇIQLAMA

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 15 Sep 2021
  • 1352 baxış

Azərbaycanda AI-95 ("Premium") və AI-98 ("Super") benzinlərinin qiyməti 1,45 və 1,6 manatdan müvafiq olaraq 1,6 və 1,9 manata qalxıb.

XalqTv.com xəbər verir ki,bunu Trend-ə SOCAR PETROLEUM mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli deyib.

"Azərbaycanda "A-98 SUPER" və "A-95 PREMİUM" yanacaq növlərinin bahalaşması mənbə ölkədə qiymət artımı ilə əlaqədardır", - o deyib. 

Qeyd edək ki, Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti hər litrə müvafiq olaraq 1 manat, dizelin qiyməti isə 0,80 manat olaraq qalır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR