Siyasət
Türkiyənin yanımızda olması bizə güc verir - Zakir Həsənov

Xalq Tv Vətənpərvər Verlişi
- 15 Sep 2021
- 1561 baxış
Türkiyə kimi bir qardaşımızın yanımızda olması bizə güc verir.
XalqTv.com Trend-ə istinadən bildirir ki, bunu müdafiə naziri Zakir Həsənov Konyada "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, müharibə zamanı Türkiyə Azərbaycana siyasi, mənəvi və diplomatik dəstək göstərdi:
"Türkiyə siyasi, hərbi rəhbərliyinin bəyanatları Türkiyənin daima Azərbaycanın yanında olduğunu Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya göstərdi"
RƏYLƏR