Dünya

24 yaşlı leytenantın qəhrəmanlıq yolu - VİDEO

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 15 Sep 2021
  • 1347 baxış

Məmmədli Sənan Səlim oğlu - Vətən müharibəsinin gənc şəhid leytenantı. O 24 yaşında məhz vətəninin fəxri, qəhrəman oğlu adını qazanaraq anılır.

XalqTv.com Real TV-yə istinadən bildirir ki, bu gün Tərtərin Qaradağlı kəndində Sənan Məmmədlinin mövludu münasibətilə onun adına xatirə bulağı açıldı. Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Sənanın adını əziz tutanlar onun xatirəsini ehtiramla anaraq bulağından su içdilər.

Sənan Məmmədli hərbi təhsilini uğurla başa vuraraq bir müddət gənc leytenant kimi Beyləqanda hərbi hissədə xidmət edib. Vətən müharibəsi başlayan gündən ön cəbhəyə atılaraq düşmənlə cəsarətlə mübarizə aparıb. Füzulinin, Cəbrayılın azad olunmasında şücaət göstərib. Daha sonra döyüş yolu Xocavənd, Zəngilan istiqamətində olub. Ağır döyüş əməliyyatlarının birində 4 gün mühasirədə qalaraq qəhrəmanlıqla şəhid olub.

Mövludun kimi şəhadətinlə də doğmalarının, el-obanın, Vətəninin əbədi fəxri oldun. Şəhadətdəki ad günün mübarək, cənab leytenant!

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR