SAĞLAMLIQ

Orqanizmdə A vitamini çatışmazlığı

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 14 Sep 2021
  • 1681 baxış

XalqTv.com xəbər verir ki, Orqanizmdə A vitamininin çatışmazlığı əsasən özünü gözlərdə əmələ gətirdiyi patologiyalar ilə göstərir. A vitamini çatmadıqda orqanizmdə aşağıdakı xəstəliklər meydana çıxır:
- konyuktvit
- kseroftalmiya
- hiperkeratoz
- toyuq korluğu.
Bəzi hallarda A vitamini çatışmazlığı yuxarı tənəffüs yolları və bağırsaq xəstəliklərinin gec sağalmalarına səbəb ola bilir.
A vitamini çatışmazlığı az rast gəlinən xəstəliklərdəndir. Bu xəstəlik özünü ən çox xroniki bağırsaq, xroniki qaraciyər, endokrin sistemi və vərəm xəstəlikləri zamanı biruzə verir.
Xəstəliyin əmələ gəlməsi qidalanma ilə əlaqədardır. Belə ki, tərkibində yetrincə A vitamini olmayan qidalarla qidalanan adamlarda bir müddət sonra avitaminoz baş verir. A vitamini orqanizmin turşu mübadiləsini sürətləndirir, cinsi orqanların fəaliyyətini stimulyasiya edir, canlıların boy artmasında yardımçı olur və orqanizmə antoqonist təsir göstərir.
A vitamini (retinol) gözun,  dərinin, mədə-bağırsağın selikli qişasını, sidik yollarının fəaliyyətini artırır. Retinolun çatışmazlığı özünü ən çox gözün fəaliyyətində göstərir. A vitamininin azlığında gözün qidalanması və görmə qabiliyyəti zəifləyir.
A vitamini çatışmazlığının əlamətləri hansılardır?
Bu zaman ağız və burun boşluğunda, dəridə quruluq baş verir. Saçların da quruluğa məruz qalması nəticəsində saç tökülməsi baş verir. Sekresiya vəzilərinin ifrazı azalır, göz öz parlaqlığını itirir.
Xəstəliyə diaqnoz qanın tərkibində A vitamininin və karotinin az olmasına əsaslanaraq qoyulur. Xəstənin göz dibinin müayinəsi diaqnozun düzgün qoyulmasını təsdiqləyir.
Müalicə əzələ daxilinə A vitamininin vurulması və tərkibi A vitamini ilə zəngin olan qidalardan ibarət menyunun tərtib olması ilə aparılır

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45972 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 866 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 868 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 859 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 957 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO

Warning: fopen(../cache/2026/05/19/cached-xeber-20415-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11