İqtisadiyyat

Azərbaycanda ən çox bu firmaların telefonları satılıb

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 14 Sep 2021
  • 1483 baxış

XalqTv.com xəbər verir ki,2021-ci ilin avqust ayında Azərbaycanın mobil qurğular bazarında "Samsung" liderliyini qoruyub.

Trend bu barədə "Global Stats" statistika mərkəzinə istinadən məlumat verir.

Hesabat dövründə smartfon və mobil telefonlar bazarında "Samsung"un payı iyul ayı ilə müqayisədə 1,1 faiz azalaraq 43,37 faiz təşkil edib.

İkinci yerdə qərarlaşan "Xiaomi"nin bazarda payı 0,38 faiz artaraq 34,2 faiz olub.

"Apple" smartfonlarının payı isə iyulla müqayisədə 0,77 faiz azalıb və 14,57 faizə bərabər olub.

Azərbaycanın mobil qurğular bazarında digər markaların payı isə 5,5 faiz təşkil edib

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR