Siyasət

Putin: "NATO-dakı dövlətlər ancaq vassallardır"

  • 03 Jun 2017
  • 235 baxış

Rusiya Federasiyasının prezidenti Vladimir Putin NATO-nu ABŞ-ın xarici siyasətinin aləti adlandırıb.

XalqTV.com  "Report"a istinadən bildirir ki, dövlət başçısının rejissor Oliver Stouna müsahibəsini "Politico" nəşri yayıb.
Putin bildirib ki, alyansdakı dövlətlər ABŞ-ın vassallarıdır. "Bu gün o, (NATO - "Report") ABŞ-ın xarici siyasət alətidir. Orada müttəfiqlər yoxdur, ancaq vassallar var" - deyə prezident qeyd edib.
Kreml rəhbəri bununla yanaşı vurğulayıb ki, hansısa ölkə NATO üzvü olduqda o, alyansın iri ölkəsi - lideri ABŞ-ın təzyiqlərinə çətinliklə müqavimət göstərə bilir.
"Orada hər şey çox asanlıqla peyda olur. Nə lazımdırsa - raket əleyhinə sistemlər, yeni bazalar və əgər tələb olunsa, yeni zərbə kompleksləri" - deyə Rusiya lideri əlavə edib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR