Xəbərlər

Məktəb bazarlığı neçəyə başa gəlir? - VİDEO

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 10 Sep 2021
  • 1477 baxış

Sentyabrın 22-dən orta məktəblərdə dərslər başlayacaq. Artıq indidən valideynlər mağazalara axın edərək məktəb üçün tədarük görürülər. Bəs məktəbli bazarında qiymətlər necədir, ümumiyyətlə dolu bir məktəbli çantası neçəyə başa gəlir?

XalqTv.com  Xəzər TV-yə istinadən bildirir ki, yeni tədris ilinin başlayacağı ilə bağlı verilən qərarın ardından valideynlər alış veriş üçün mağazalara üz tutublar. 

Məktəbli ləvazimatlarının qiymətləri isə fərqlidir. Hər bir ləvazimatın qiyməti keyfiyyətinə və istehsal ölkəsinə görə dəyişir.

Məktəblilər üçün lazım olan digər bir vasitələr dəftər qələmlərdir. Bunların qiyməti isə 10 qəpikdən başlayır.

Digər xırda məktəbli ləvazimatları da var ki, onların da qiymətləri markasına görə dəyişir.

Ölkəmizə bir çox məktəb ləvazimatları xaricdən gəlir. Yəni yerli istehsalda bəzi ləvazimatlar yoxdur. Ekspertlər isə bildirirlər ki, ölkəmizdə belə istehsal müəssisələrinin olmamasının başlıca səbəbi onlar üçün yetərli imkanların olmamasıdır.

Ekspert həmçinin əlavə edib ki, bu sahəyə marağın artması və yeni istehsal sahələrinin yaranması ilə daxili bazardakı canlanma və maraq bu sahədə gəlirliliyin artmasına və rəqabətə səbəb olacaq. Bununla bərabər yerli istehsal ixraca da yol aça bilər ki, bu da iqtisadiyyatımıza fərqli bir sahədən gəlir deməkdir

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR