Dünya

Uşağa hazırladıqları sürpriz bütün ailə üçün gözlənilməz sonluqla bitdi - VİDEO

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 10 Sep 2021
  • 1728 baxış

İrlandiyada uşağın ad günündə baş verən maraqlı anlar sosial şəbəkə istifadəçiləri tərəfindən gülüşlə qarşılanıb. Belə ki, valideynlərinin hədiyyəsi təkcə uşaq üçün yox, hər kəsə sürprizlə nəticələnib.

XalqTv.com oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı yayılan videodan görünür ki, uşaq qızılı şarlı hədiyyəni açır. Bu zaman şar havalanır. Sonradan məlum olur ki, şara bərkidilən 100 avroluq  (təxminən 201 manat) saat da onunla uçub.

Görüntülər internetdə virus kimi yayılıb və az müddətdə 600 mindən artıq baxış toplayıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR