idman
Messi Pelenin rekordunu qırıb

Xalq Tv Vətənpərvər Verlişi
- 10 Sep 2021
- 1417 baxış
Argentina yığmasının hücumçusu Lionel Messi braziliyalı Pelenin rekordunu qırıb.
XalqTv.com Trend-ə istinadən bildirir ki, L.Messi Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Boliviyaya 3 qol vuraraq Cənubi Amerika futbolçuları arasında ən çox qol vuranlar siyahısında birinci pilləyə yüksəlib.
Argentinalının qollarının sayı 79-a çatıb. Pele 77 qolla sözügedən siyahıda ikinci yerə düşüb.
Qeyd edək ki, Pelenin 91 oyunda təyin etdiyi rekordunu qırmaq üçün Messiyə 153 oyun lazım olub.
RƏYLƏR