idman

“Qarabağ” - “Bazel” oyununun biletləri satışda

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 10 Sep 2021
  • 1318 baxış

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda keçiriləcək "Qarabağ" - "Bazel" (İsveçrə) oyununun biletləri satışa çıxarılıb.

XalqTv.com Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10 və 40 manat təşkil edir.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılır (5-3 azn);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

FAW Azərbaycan-da isə (həftəiçi 10:00-dan 17:00-dək; həftəsonları 10:00-dan 16:00-dək) VIP və 1-ci kateqoriya (10 azn) biletlər satışdadır;

Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (10:00-22:00).

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR