İqtisadiyyat

Azərbaycan Türk Şurası ölkələrini Ələt iqtisadi zonasında işləməyə dəvət edib

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 10 Sep 2021
  • 1334 baxış

Azərbaycan Türk Şurası ölkələrini Ələt azad iqtisadi zonasında işləməyə dəvət edib.

XalqTv.com Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında deyib.

Nazir bildirib ki, hazırda Azərbaycanda beş sənaye parkı mövcuddur.

Azərbaycanın iqtisadi inkişafı barədə danışan M.Cabbarov qeyd edib ki, bu il ölkədə iqtisadi artım 3 faizdən çox olub: "Bizim iqtisadiyyatımız investisiyalar hesabına artıb. Bundan başqa, Azərbaycanın ixrac əməliyyatları artıb və makrofiskal göstəricilər proqnozları üstələyir".

Qeyd edək ki, Bakıda keçirilən Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında türk dövlətlərinin rəsmi nümayəndələri, o cümlədən Türkiyənin ticarət naziri Mehmet Muş, Türk Şurasının baş katibi Baqdad Amreyev, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin müavini Badrıddin Abidov, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto iştirak edir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR