Siyasət

Bakıda Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin iclası başlayıb - FOTO

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 10 Sep 2021
  • 1487 baxış

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclası işə başlayıb.

XalqTv.com Trend-ə istinadən bildirir ki, iclas Türk Şurasının baş katibi Bağdad Amreyevin və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi və Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Macarıstan və Türkiyədən nazirlərin iştirakı ilə keçirilir.

İclas zamanı türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunacaq. Bundan başqa, Türk Şurasının 2-ci biznes mükafatlarının təqdimetmə mərasimi baş tutacaq.

Nazirlər, həmçinin Türk Şurasının Budapeşt və Bişkekdə keçiriləcək işgüzar və investisiya forumlarının təşkili məsələlərini müzakirə edəcəklər.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR