SAĞLAMLIQ

Koronadan evdə müalicə neçəyə başa gəlir?

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 09 Sep 2021
  • 1301 baxış

Evdə müalicə alan koronavirs xəstələrinin dərmanlara xərcləri nə qədər çıxır?

XalqTv.com xəbər verir ki, Medicina.az bununla bağlı araşdırma aparıb.

Beləliklə müalicə xərcləri:

Həkim qəbulları - 40-50-60, uzmanlar 70 manat;

Analizlər - xəstəlik boyu 2-3 dəfə verilir - 200-300 manat (təkcə həyati əhəmiyyətli olan D-dimer analizinin qiyməti 40 manatdır);

Rentgen, KT müayinəsi - 120 manat;

Evdə inyeksiya və sistem üçün tibb bacısı - günü 20-30 manat, ümumilikdə 100-200 manat;

Qanın laxtalanmasına qarşı Kleksan kimi vacib preparat - cütü 17 manat, müalicə boyu 200 manat;

Antibakterial infuziya - biri 16 manat, ümumi 80-90 manat;

Digər antiviral dərmanlar, deksametazon, vitaminlər, öskürək dərmanları və s. - 200 manat;

Saturasiya cihazı "Pulsoksimetr" - 35-40 manat (koronavirus xəstələrinin taleyi bu cihazdan asılıdır);

Beləliklə, yaşlı, xroniki xəstəliyi olan, həqiqətən də mərhələləli şəkildə antibakterial, qandurulducu və deksametazon kimi preparatlar həkim tərəfindən təyin edilən xəstənin 15 günlük koronavirus mübarizəsinə 1200-1500 manat pul tələb olunur.

Əgər "Remdesevir" və evdə oksigen təchizatı olacaqsa, o zaman xərc 2000 manatı keçir.

Xəstəliyi yüngül keçirən gənc və sağlam insanların müalicəsi üçünsə 100-300 manat da kifayət edir. Təbii ki, bütün xəstəxanalar və modullarda yatan xəstələrə bu dərmanlar, hətta qarın nahiyəyə "Kleksan" da havayı vurulur.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45581 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 459 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 442 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 413 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 499 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO