Xəbərlər

“Twitter”də yeni funksiya istifadəyə veriləcək

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 09 Sep 2021
  • 1471 baxış

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir.

XalqTv.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir.

Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauzer versiyasında, abunəçinin adının yanındakı menyuda mümkün olacaq.

Eyni zamanda, "Twitter" istifadəçilərə hesab sahibinin ondan abunəlikdən çıxdığını bildirməyəcək və onlar istəsələr yenidən abunə ola bilərlər.

Bundan əvvəl "Twitter" izləyicilərini yalnız bloklamağa icazə verirdi.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR