idman

Almaniya yığmasının sabiq futbolçusu həbs edilə bilər

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 09 Sep 2021
  • 1461 baxış

XalqTv.com Fransanın "Lion" klubunun futbolçusu Jerom Boatenq 5 il müddətinə həbs olunaq report-a istinadən bildirir ki, 33 yaşlı müdafiəçi bu gün Münhen şəhərində məhkəmə qarşısına çıxacaq.

Boatenq 2018-ci ildə keçmiş həyat yoldaşına qarşı məişət zorakılığında ittiham olunur. Futbolçunun həmin qadını döydüyü iddia edilir.

Məhkəmə iclası ötən ilin dekabrında keçirilməli idi, lakin şahidlərdən birinin koronavirusa yoluxması ucbatından təxirə salınıb.

Qeyd edək ki, 2011-ci ildən "Bavariya"da çıxış edən Boatenq 2020/2021 mövsümünün sonunda klubdan ayrılıb. O, 2009 - 2019-cu illərdə Almaniya yığmasının formasını geyinib və 2014-cü ildə dünya çempionu olub.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR