idman
“Qarabağ” - “Bazel” oyunu bu stadionda keçiriləcək

Xalq Tv Vətənpərvər Verlişi
- 08 Sep 2021
- 1424 baxış
"Qarabağ" - "Bazel" oyununun yeri dəyişdirilib.
XalqTv.com apasport.az-a istinadən xəbər verir ki, bunu UEFA açıqlayıb.
Konfrans Liqasının qrup mərhələsinin I turunun matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.
Öncədən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi planlaşdırılan qarşılaşma ölkənin ən böyük idman qurğusunda baş tutacaq. Sentyabrın 16-dakı matç saat 20:45-də başlayacaq.
Qeyd edək ki, buna əsas səbəb Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad vəziyyətdə olmasıdır.
RƏYLƏR