Siyasət

Yeni gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim olunub - FOTO

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 08 Sep 2021
  • 1320 baxış

Bu gün yeni gənclər və idman naziri Fərid Qayıbov Gənclər və İdman Nazirliyində kollektivə təqdim olunub.

XalqTv.com bildirir ki, tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, idman federasiyalarının rəhbərləri, idmançılar və digər qonaqlar iştirak edib.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev Fərid Qayıbovun Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Nazir təyin olunması ilə əlaqədar Fərid Qayıbov Prezident İlham Əliyev tərəfindən videoformatda qəbul olunub.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR