idman

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı - SİYAHI

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 07 Sep 2021
  • 1648 baxış

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib.

XalqTv.com oxu.az-a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçüncü olub.

İlk pilləni 1.08 milyard avro ilə "Mançester Siti" tutub. Onun həmşəhərlisi "Mançester Yunayted" isə ikinci yerdə qərarlaşıb.

Reytinqin ilk onluğu aşağıdakı kimidir:

"Mançester Siti" - 1.08 milyard avro;
"Mançester Yunayted" - 1.02 milyard avro;
 PSJ - 939 milyon avro;
"Real Madrid" - 787 milyon avro;
"Çelsi" - 780 milyon avro;
"Liverpul" - 672 milyon avro;
"Yuventus" - 657 milyon avro;
"Arsenal" - 630 milyon avro;
"Barselona" - 578 milyon avro;
"Tottenhem" - 551 milyon avro;

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR