idman

DÇ-2022: Azərbaycan millisi Portuqaliya ilə qarşılaşacaq

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 07 Sep 2021
  • 1481 baxış

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində II dövrə start götürəcək.

XalqTv.com apasport.az-a istinadən bildirir ki, Azərbaycan yığması VI turda Portuqaliya ilə qarşılaşacaq.

Millimiz A qrupunun favoritini evdə qəbul edəcək. Bakı Olimpiya Stadionundakı matç Canni de Byazinin yetirmələrinin doğma meydanda ikinci matçı olacaq.

Yarım il əvvəl Serbiyaya 1:2 hesabı ilə uduzan komandamız adlı-sanlı rəqibini büdrətməyə çalışacaq. Əsas ulduzu Kriştiano Ronaldo cəzalı olduğundan qonaqlar Bakıya itki ilə gəlib. Millimiz də Maksim Medvedev, Rüstəm Əhmədzadə və Anton Krivotsyukun xidmətindən məhrum olub.

Qeyd edək ki, millimiz seçmə mərhələyə Portuqaliya ilə səfər matçı ilə start verib və 0:1 hesabı ilə uduzub.

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi
VI tur, A qrupu
7 sentyabr
20:00. Azərbaycan - Portuqaliya
Baş məşqçi: 
Marko Quida (İtaliya)
Bakı Olimpiya Stadionu

1

Serbiya

4

3

1

0

11-6

10

2

Portuqaliya

4

3

1

0

8-4

10

3

Lüksemburq

4

2

0

2

5-8

6

4

İrlandiya

4

0

1

3

4-7

1

5

Azərbaycan

4

0

1

3

3-6

1

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR