idman

“163 ölkə arasında 10-cu yeri tutmaq böyük zəfərdir” - Anar Kərimov - VİDEO

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 07 Sep 2021
  • 1466 baxış

Tokioda keçirilən 16-cı Paralimpiya Oyunlarında 163 ölkə arasında Azərbaycan paralimpiyaçılarının 10-cu yeri tutması böyük zəfərdir.

XalqTv.com Trend-ə istinadən bildirir ki, bunu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında azərbaycanlı paralimpiyaçıları qarşılayan Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O bildirib ki, Azərbaycan idmançıları yarışda parlaq qələbə qazanıblar: "Bu böyük nailiyyətdir. Bu qələbə bir daha sübut edir ki, Azərbaycanda paralimpiya inkişaf edir və paralimpiyaçılar daim diqqət mərkəzindədir. Bu sahəyə cənab Prezident tərəfindən də daim xüsusi önəm verilir, paralimpiyaçılar dövlət qayğısı görürlər və bu dəstək nəticəsində bu dəfə bizim idmançılarımız 19 medal qazanıb ki, onlardan 14-ü qızıldır. Bu tədbirlər məqsədyönlü şəkildə davam edir.

Bildiyiniz kimi, sosial müdafiə tədbirləri, xüsusilə də əlilliyi olan şəxslərin idmana cəlb edilməsi, onların aktiv idman növlərinə maraq göstərməsi məsələlərinə dövlət başçısı tərəfindən daim xüsusi önəm verilir. Ölkə başçısı həmin şəxslərlə dəfələrlə görüşüb. Bu qələbədən sonra da biz şahid olduq ki, həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva həmin idmançıları təbrik etdi. Bu qayğı, bu diqqət onları daha da ruhlandırdı, mübarizə əzmini daha da qaldırdı və nəticədə ölkəmiz yüksək nailiyyət əldə etdi. Düşünürük ki, bu nailiyyətlər davam edəcək".

Nazir müavini bildirib ki, son olimpiadalarla müqayisədə idmançılarımız daha yüksək nəticə əldə ediblər: "Nəzərə alsaq ki, Londonda 27-ci, ondan sonrakı olimpiadalarda 20-30-cu yerlərdə qərarlaşırdıqsa, bu oyunlarda biz nailiyyətimizi daha da yüksəltdik və ilk onluğa daxil olduq. Eyni zamanda biz dünya rekordlarını yenilədik, yeni paralimpiya rekordlarını müəyyən etdik. Bu dəfə paralimpiya oyunlarında hətta 3 qızıl medal qazanan idmançımız oldu.

Düşünürük ki, bu tədbirlər məqsədyönlü siyasət nəticəsində davam edəcək və ölkə başçısının bu sahəyə verdiyi ardıcıl və kompleks tapşırıqları uğurla həyata keçiriləcək". 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR