Xəbərlər

Ötən həftə 188 hektar ərazi minadan təmizlənib

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 06 Sep 2021
  • 3192 baxış

Avqustun 30-dan sentyabrın 4-dək 188 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

XalqTV.com bildirir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik hesabatında deyilir.

Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 164 piyada əleyhinə mina, 72 tank əleyhinə mina və 235 partlamamış hərbi sursat aşkarlanıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR