Dünya

"Mu" qorxusu: antikorları aşa bilər - Xəbərdarlıq

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 06 Sep 2021
  • 67 baxış

Amerikalı mütəxəssislər koronavirusun yeni "mu" varinatı haqqında daha çox məlumat əldə etməyə çalışırlar, onlar bu variantın müəyyən antikorların təmin etdiyi qorumanı aşa biləcəyindən qorxurlar.

XalqTV.com  axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi deyib.

Onun sözlərinə görə, amerikalı mütəxəssislər bu növün ABŞ-da daha çox yayılıb-yayılmayacağını yoxlayırlar:

"Hazırda "delta" variantı 99% üstünlük təşkil edir".

ABŞ-ın baş infeksionisti ölkədə mövcud olan koronavirus peyvəndlərinin koronavirusun bütün variantlarına qarşı təsirli olduğuna əminliyini ifadə edib. Eyni zamanda Fauçi ABŞ-da istifadə edilən dərmanların "mu" variantından necə qoruduğuna dair kifayət qədər məlumat olmadığını etiraf edib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR