Xəbərlər

Vaksin əleyhdarları dərman agentliyinə hücum çəkdilər - VİDEO

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 04 Sep 2021
  • 1524 baxış

Londonda vaksin əleyhdarları Dərman Vasitələrinə Nəzarət üzrə Agentliyin binasına hücum çəkiblər.

XalqTv.com oxu.az-a istinadən xəbər verir ki, müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Aksiya iştirakçıları qurumu yeniyetmələrin vaksinasiyasına izacə veridyi üçün sərt şəkildə tənqid ediblər.

Bir qrup fəal agentliyin baş ofisinə daxil olmağa cəhd göstərib.

Polis etirazçıların hücumlarının qarşısını alaraq, onların binaya girişinə mane olub.

Nümayişçilərlə hüquq-mühafizə orqanları nümayəndələri arasında toqquşmalar baş verib.

Qeyd edək ki, adıçəkilən agentlik Britaniyada 12-17 yaş arası vətəndaşların vaksinasiyasına icazə verib

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR