Hamilə qadınlara koronavirusla bağlı ŞAD XƏBƏR
- 03 Sep 2021
- 281 baxış
Hamilə qadınlar, koronavirus infeksiyasına yoluxduğu zaman sitokin fırtınasına (immunitet sisteminin zədə və ya infeksiyaya cavabında iştirak edən bir qrup hüceyrə) qarşı bənzərsiz bir müdafiə mexanizminə malikdir.
XalqTV.com lent.az-a istinadla bildirir ki, beynəlxalq araşdırma qrupu, COVID-19-a yoluxmuş hamilə qadınların qan tərkibini öyrəndikdən sonra bədənlərinin infeksiyaya qarşı müdafiə sistemi "icad etdiyini" aşkar edib.
Mütəxəssislər, SARS-CoV-2 koronavirusuna yoluxmuş 14 hamilə qadının qan testi məlumatlarını təhlil ediblər. Bütün könüllülər infeksiyanı yüngül formada keçiriblər.
Nəticələr, 28 sağlam hamilə qadının və eyni yaşda olan 15 hamilə olmayan qadının təhlili məlumatları ilə müqayisə edilib.
Elm adamları qadınların plazmasında 62 növ sitokin - immunitet sisteminin aktivləşdirilmiş hüceyrələrini tapıblar.
Hamilə qadınlar, təcrübənin digər iştirakçılarından fərqli olaraq, fərqli bir iltihab əleyhinə və antiinflamatuar sitokinlərə, həmçinin aşağı səviyyədə interleykin-6-ya (iltihabı tənzimləyən əsas sitokin) malik olub.
Bundan əlavə, zərərli mikroorqanizmlərlə (neytrofillərlə) mübarizə aparan hüceyrələrin səviyyəsinin artdığı müşahidə olunub.
Koronavirusun hamilə qadınların immunitetinə təsiri tam olaraq öyrənilməsə də, elm adamları koronavirusa reaksiya verən iltihab molekullarının işinin antiinflamatuar maddələrlə balanslaşdırıldığını düşünürlər.
Beləliklə, bədən mümkün sitokin fırtınasına qarşı qorunur.
Tədqiqatın müəllifləri hesab edirlər ki, diabet və ya hipertoniya kimi risk faktorları olmadıqda, koronavirus hamilə qadınlarda ağırlaşmalara səbəb olmamalıdır.