Xəbərlər

Hansı peyvəndlə daha çox ölkəyə səyahət etmək olar?

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 03 Sep 2021
  • 3162 baxış

Koronavirusa qarşı vaksinlərin reytinqi hazırlanıb.

Siyahı bu və ya digər peyvəndi təsdiq etmiş dünya ölkələri sayına əsasən tərtib edilib.

XalqTV.com oxu.az-a istinadən xəbər verir ki, reytinqdə ilk yeri "AstraZeneca" vaksini tutur. Preparat dünyanın 144 ölkəsində tanınır. Bu isə o deməkdir ki, adıçəkilən peyvəndlə vaksinasiya olunanlar həmin ölkələrə PCR testi və karantin müddəti olmadan səyahət edə bilərlər.

Dünyanın 125 ölkəsində təsdiq edilmiş "Pfizer" peyvəndi siyahının ikinci pillsində qərarlaşıb.

İlk üçlüyü 86 ölkəyə maneəsiz səyahət imkanı verən "Moderna" vaksini tamamlayır.

Reytinqin dördüncüsü olan "Sinovac" isə hələ ki, yalnız 48 ölkə tərəfindən təsdiq olunub.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR