Siyasət

Baş prokuror Ankarada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 02 Sep 2021
  • 2438 baxış

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin adını daşıyan park ziyarət edilib, abidəsi önünə əklil qoyularaq xatirəsi ehtiramla yad olunub.

Bu barədə XalqTv.com-a Baş Prokurorluqdan məlumat verilib.

Qeyd edək ki, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarca və Baş prokuroru Bekir Şahinin dəvəti ilə qardaş ölkənin Ali Məhkəməsi və Baş Prokurorluğunun yeni inzibati kompleksinin açılışında, həmçinin "Kassasiya instansiyası məhkəmələrində mükəmməllik" mövzusunda keçiriləcək beynəlxalq simpoziumda iştirak məqsədilə Ankara şəhərinə səfərə gedib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR