idman
Gimnastımız beynəlxalq turnirdən bürünc medalla qayıdır - FOTO

Xalq Tv Vətənpərvər Verlişi
- 30 Aug 2021
- 2538 baxış
Gənc bədii gimnastımız ötən həftəsonu Macarıstanda keçirilmiş bədii gimnastika üzrə beynəlxalq turnirdən bürünc medalla qayıdır.
Azərbaycan Gimnastika Federasiyasından XalqTV.com-a verilən məlumata görə, yığma komandanın 14 yaşlı üzvü Kamilla Seyidzadə Budapeştdə təşkil edilmiş ənənəvi "Gracia Fair Cup" adlı yarışda bürünc medal qazanıb. Gürzlərlə nümayiş etdirdiyi kompozisiyasına görə hakimlərdən 19.850 xal alan Kamilla turniri fəxri kürsünün 3-cü pilləsində başa vurub.
Yarışda iştirak edən daha bir gimnastımız Leyli İsmayılova isə ən yaxşı nəticəsini topla göstərərək, 9-cu pillədə qərarlaşıb.
RƏYLƏR