Xəbərlər

Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 30 Aug 2021
  • 2256 baxış

30 avqust saat 10:00-a olan məlumata əsasən I-V ixtisas qrupları üzrə 58207 elektron ərizə təsdiq edilib.

Məlumata görə, 2431 elektron ərizə isə yadda saxlanılsa da, hələlik təsdiq edilməyib.

İxtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

İxtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə (subbakalavrlara) tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR