Xəbərlər

Yaşayış yerini tərk edən ailə üzvləri məsuliyyətə cəlb olunub

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 27 Aug 2021
  • 2310 baxış

Yaşayış yerini tərk edən ailə üzvləri məsuliyyətə cəlb olunub

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan XalqTv.com-a verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Solmaz Qasımovanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi aşkar edilib. Araşdırmalar zamanı sonuncunun oğlu, Azər Qasımovun da koronavirus testinin nəticəsi pozitiv çıxmasına baxmayaraq idarə etdiyi yük avomobili ilə rayon ərazisində saxlanılıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə hər iki şəxs yaşadıqları evə göndərilib.

Fakla bağlı araşdırmalar davam etdirilir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR