Xəbərlər

Azərbaycanda yaşayan Gürcüstan vətəndaşları vaksin vurdura bilmirlər

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 26 Aug 2021
  • 1359 baxış

Gürcüstan vətəndaşı olan çoxlu soydaşımız var. Onlar faktiki olaraq Azərbaycanda yaşasalar da vaksin vurdura bilmirlər. Yaşadıqları ərazi üzrə poliklinikalara müraciət etsələr də, vaksinasiya ilə bağlı problem yaşadıqlarını deyirlər. Buna səbəb nədir? Məsələ ilə bağlı təbibə müraciət etmişik.

XalqTv.com Xəzər TV-yə istinadən xəbər verir ki,  Azərbaycanda yaşayan, Gürcüstan vətəndaşı olan soydaşlarımız vaksin vurdura bilmirlər.

İntiqam Nadirov  2007- ci ildən Bakıda  yaşayır. Gürcüstanın Bolnisi rayonundandır. Bildirir ki, hansı xəstəxanaya müraciət edirsə vaksinasiya ilə bağlı problem yaşayır. Ondan müvəqqəti yaşamaq hüququ barədə sənəd tələb edirlər.

Faktiki Azərbaycanda yaşayan, Gürcüstan vətəndaşı olan Emzar Namazov da eyni problemi yaşadığını bildirir.

Millət Vəkili Fazil Mustafa deyir ki, Azərbaycan vətəndaşları  qeydiyyatdan keçib, ayrı-ayrı səhiyyə müəssislərində vaksinasiya oluna bilirlər. Amma  Gürcüstan vətəndaşı olan azərbaycan əsilli  soydaşlarımızın müəyyən problemləri yaranır.

Fazil Mustafa bildirib ki, həmin vətəndaşlar üçün aydın olan şəkildə, hansı şərtlərlə, harada, necə peyvənd olunmaları ilə bağlı izah verilməli, onlar da vakinasiya prosesində rahatlıqla iştirak etməlidirlər.

Məsələ ilə bağlı TƏBİB-ə müraciət etdik. Bildirildi ki, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq TƏBİB sadəcə bölgələrdə və səyyar vaksinasiyaya məsuldur. Məsələ Nazilər Kabineti tərəfindən müəyyən olunmuş qaydalarla tənzimlənir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR