Siyasət

Hərbçilərimiz ermənilərin yolunu bağlayıb?

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 26 Aug 2021
  • 1458 baxış

XalqTv.com xəbər verirki "3 saatdan artıq 50 azərbaycanlı hərbçi David-Bek kəndi yaxınlığındakı Gorisdən Kapana gedən dövlətlərarası yolu bağladı. Açmaqdan imtina edirlər. Bu hərəkətlər cinayətdir və insanların, uşaqların, qadınların və qocaların da daxil olduğu bütün mülki əhalinin sərbəst hərəkətini məhdudlaşdırır. Bilirəm ki, Rusiya sərhədçiləri yolun açılması ilə bağlı danışıqlar aparıblar və onların səyləri ilə mülki maşınlar çıxarılıb. Doğrulanmış məlumatlara görə, danışıqlar səhər saatlarında davam edəcək".

Bu açıqlama Ermənistanın ombudsmanı Arman Tatoyana məxsusdur.

Ermənistanda Qafan-Gorus yolunu hərbçilərimiz bağlayıblar.

Ermənistan rəsmilərinin iddialarına görə, 50 azərbaycanlı hərbçi dünən gecə saat 23.00 radələrində Qafan-Gorus yolunun Karmrakar-Şurnuxu istiqmatəni qapadaraq ermənilərin avtomobillərini buraxmayıblar.

Hazırda rusiyalı hərbçilərin vasitəçiliyi ilə danışıqlar aparılır.

Olay Zeyvə (David Bek) kəndinin yaxınlığında yaşanıb.

Ermənilər israrla iddia edirlər ki, Gorus-Qafan yolunun 16 kilometrlik hissəsi hazırda Azərbaycan hərbçiləri tərəfindən qapadılıb.

Erməni mediasında o da vurğulanır ki, Ermənistan Müdafiə Nazirliyinin 1-ci Ordu Korpusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bu, Gorus-Qafan yolunun bağlanması ilə əlaqədardır.

1-ci Ordu Korpusunun tərkibində 2 motoatıcı alay, tank, kəşfiyyat və təmir-bərpa taborları var.

Baş verənlərlə bağlı hələlik heç bir rəsmi açıqlama yoxdur və çox yəqin ki, ermənilər həmişə olduğu kimi, dezinfomasiya yayaraq yalanları gerçək kimi təqdim etməyə çalışırlar.

Amma hərbçilərimiz Gorus-Qafan yolunun Zeyvə kəndinin yaxınlığından keçən hissəsini bağlasalar belə - bu, bir ehtimaldır - dürüst və gərəkli addım atıblar.

İlkin səbəb Ermənistan ərazisindən mövqelərimizin sürəkli olaraq atəşə tutulması, provokasiyaların bitib-tükənməməsidir. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 02:25-dən 03:40-dək fasilələrlə Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Cavab atəşilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Digər səbəb Ermənistanın işğal altında saxladığı ərazilərimizi - Qazax rayonunun 7 kəndini və Naxçıvanın iki kəndinin azad edilməsi prosesini müxtəlif bəhanələrlə uzatmağa çalışmasıdır.

Başqa bir səbəb ötən ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərini İrəvanın kobud şəkildə pozması, öhdəlikləri yerinə yetirməməsidir.

Ermənistan sürəkli olaraq Gorus-Xankəndi istiqamətində, Laçın dəhlizi vasitəsilə Qarabağa, Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti operativ nəzarətində olan ərazilərə hərbçilər və silah, habelə hərbi texnika yollayır.

Üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, Azərbaycan Laçın dəhlizi vasitəsilə ermənilərin nəqliyyat vasitələrinin və yüklərinin hər iki istiqamətdə hərəkətinin təhlükəsizliyini təmin edir. Lakin Ermənistanla dövlət sərhədinin demarkasiyası və delimitasiyası olmadan Laçın dəhlizi vasitəsilə xarici ölkənin nəqliyyat vasitələrinin fasiləsiz olaraq Azərbaycan ərazisinə buraxılması mümkün deyil.

Belədirsə, üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, Laçın dəhlizini birtərəfli qaydada qapatmırıqsa, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsini qapatmağa bizə kim və nə mane ola bilər ki?!

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR