Dünya

"Taliban" əfqanıstanlıları Kabil hava limanına buraxmır

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 26 Aug 2021
  • 1475 baxış

"Taliban" Kabil hava limanına girişi Əfqanıstan vətəndaşlarına bağlayıb, ora yalnız xarici vətəndaşlar daxil ola bilər.

XalqTv.com "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu "Taliban"ın mədəniyyət məsələləri üzrə komissiyasındakı mənbə bildirib.

Onun sözlərinə görə, "yerli sakinlər hava limanının qarşısında qəbuledilməz iğtişaş törədiblər və buna görə də bütün qapılar bağlanıb". O əlavə edib ki, "xarici vətəndaşlığı olan əfqanıstanlılara giriş növbəti bildirişə qədər bağlı olacaq".

Şahidlərdən birinin "RİA Novosti"yə verdiyi məlumata görə, silahlılar səfirliklərin maşınlarını girişdə saxlayırlar və onlara əfqan həmkarlarını götürüb hava limanına aparmağa icazə vermirlər

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR