idman
"Milan"da yeni futbolçu
"Milan" növbəti transferini reallaşdırıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, İtaliya təmsilçisi "Atalanta"nın yarımmüdafiəçisi Frank Kessieni iki mövsümlük icarəyə götürüb. Müqavilənin şərtinə görə, "qırmızı-qaralar" kot-d-ivuarlı futbolçunu birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, Kessie ötən mövsüm A seriyasında 30 oyunda 6 qol vurub, 4 qolun ötürməsini verib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR