Xəbərlər

Türkiyəyə yollanan yanğınsöndürənlərimizin bir qrupu Azərbaycana qayıtdı

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 16 Aug 2021
  • 191 baxış

Türkiyədə baş verən güclü meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu ölkəyə yollanan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlərinin ilk qrupu Bakıya qayıdıb.

XALQTV Milli.Az-a istinadən bildirir ki, Türkiyədən qayıdan heyət Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyəyə yanğınla mübarizədə dəstək üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 743 şəxsi heyəti, 97 texnikası, 1 helikopteri və 1 ədəd amfibiya təyyarəsi göndərilib.

Türkiyədəki meşə yanğınları ilə mübarizəyə başlayan gündən, FHN-ə məxsus amfibiya təyyarəsi 98, helikopter isə 204 dəfə havaya qalxaraq yanğın ocaqlarına ümumilikdə 1404 ton su boşaldıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR