idman

4 güləşçimiz dünya çempionatının yarımfinalına çıxıb

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 16 Aug 2021
  • 90 baxış

Bu gün Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı start götürür.

XALQTV Milli.az-a istinadən xəbər verir ki,Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Nurəddin Novruzov startda İtaliya idmançısı üzərində inamlı qələbə qazanıb. Monqolustan güləşçisini də vaxtından əvvəl məyus edən həmyerlimiz adını yarımfinala yazdırıb.

Zirəddin Bayramov ilk görüşdə tacikistanlı güləşçini üstələyib. Bayramov gürcü rəqibiylə qarşılaşmada hesabda 2:5 geridə olsa da, inanılmaz əzmkarlıq göstərərək tam üstünlüklə qalib gəlib və yarımfinala yüksəlib.

Cəbrayıl Hacıyev 1/8 finalda Bolqarıstandan olan rəqibinə tam üstünlüklə qalib gəlib. İsveç idmançısına da heç bir şans tanımayan Hacıyev yarımfinala adlayıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR