Xəbərlər

Azərbaycan Ordusu yeni sınağa hazırdır - Ermənistan bu dəfə nə edəcək

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 13 Aug 2021
  • 220 baxış

Rəsmi İrəvanın Azərbaycanı 10 noyabr üçtərəfli bəyanatı pozmaqda ittiham edən açıqlamasını Ermənistanın bu sənədin müddəalarına tam riayət etmək öhdəliklərindən boyun qaçırmağa yönəlmiş növbəti uğursuz cəhdi adlandırmaq olar. Üçtərəfli bəyanatın əsas müddəalarını cəfəng şəkildə şərh etmək cəhdləri erməni tərəfinin bu sənədin mahiyyətini tam dərk etmədiyi ilə bağlı iddialar tamamilə əsassızdır. Əslində Ermənistan tərəfindən bu cür bəyanatlar bir daha göstərir ki, rəsmi İrəvan kapitulyasiya aktının əvvəldən tələblərinə tam riayət etmək niyyətində deyil. Biz bu vaxta kimi düşmənin timsalında bir neçə prosesdə bunun şahidi olduq. Belə bir davranış bu ölkənin destruktiv mövqeyinin növbəti bariz nümunəsindən başqa bir şey deyil.

Bu azmış kimi Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin növbəti dəfə Azərbaycanla danışıqları bərpa etməyə hazır olduqlarını açıqlaması qaşı tərəfin səmimi olmadığını göstərir. Çünki Paşinyanın bu açıqlaması məhz Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə demək olar ki, hər gün gərginliyi artırdığı bir vaxtda səsləndirilib. Belə olan halda erməni baş nazirin fikirləri ilə davranışları arasındakı ziddiyəti görmək üçün hər hansı bir istedad sahibi olmağa gərək yoxdur. 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR