Dünya

Azərbaycanlı pilotun cəsarəti türkləri heyrətə gətirdi: "Aslansın"

  • 02 Aug 2021
  • 824587547 baxış

Azərbaycanlı yanğınsöndürənlərin Türkiyədə göstərdiyi fədakarlıq qardaş ölkənin mediasının da diqqətindədir.

xalqTv.com  xəbər verir ki, sosial mediada yayılan görüntülərdə Fövqəladə Hallar Nazirliyinə məxsus "Amfibiya" təyyarəsinin yanğınsöndürmə işlərində fəal iştirak etdiyi müşahidə olunur. Pilotumuzun yerə yaxınlaşaraq, suyu alovun üzərinə dəqiq boşaltması türklərin alqışını qazanıb.

Qeyd edək ki, bəzi hallarda pilotlar yanğına bu qədər yaxınlaşmağa cəsarət etmirlər. Onlar təhlükə ilə üzləşməmək üçün suyu alovun üzərinə yuxarı məsafədə boşaldırlar ki, bu da səmərəli nəticə vermir.


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR