Xəbərlər

Xızıda "patı" gəzdirən şəxs

  • 28 Jul 2021
  • 198 baxış

Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində metamfetamin adlanan narkotik tərkibli maddəni üzərində gəzdirməkdə şübhəli bilinən rayonun Giləzi qəsəbə sakini Nurlan Muxtarov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun XALQTV.COM-a bildirdiyinə görə, Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən Nurlan Muxtarovun üzərinə baxış keçirilən zaman "patı", "şüşə" adlanan narkotik tərkibli metamfetamin maddəssi aşkar olunaraq götürülmüşdür.

Faktla bağlı istintaq aparılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR