Xəbərlər

Binəqədi qəsəbəsinin yol problemi - VİDEO

  • 09 Jul 2021
  • 1173 baxış

Qəsəbə bələdiyyəsi problemin nəzarətə götürüləcəyinə söz verdi

Xalqtv.com Real TV-ə istinadən bildirir ki, Binəqədi rayon DSK 4 deyilən ünvanın sakinləri yollarının vəziyyətindən gileylənirlər.

Onlar deyir ki, təmirsiz, asfaltsız yolları ilin yağıntılı fəsillərində xüsusilə keçilməz olur. Payız-qış mövsümü bitsə də, bu sakinlərin problemi bitmir. Çünki isti havalarda təmirsiz yol başqa bir problemlə qarşılarına çıxır - tozlu hava problemi ilə.

Sakinlər iddia edir ki, dəfələrlə şəxsi vəsaitləri hesabına yola çınqıl töküb, vəziyyəti bacardıqları qədər yaxşılaşdırmağa çalışıblar. Amma bu da çarə olmayıb. Problemin ən pis tərəfi odur ki, yolsuzluq həyati məsələlərdə də özünü göstərir. Belə ki, təcili tibbi yardım, taksi xidməti vaxtında bu əraziyə gəlib çıxa bilmir.

Sakinlərin problemini məsul qurum olan Binəqədi qəsəbə bələdiyyəsinə çatdırdıq. Bələdiyyə sədrinin müavini, sədrin səlahiyyətini müvəqqəti icra edən Rəşad İsayev küçənin qəsəbədaxili yollara aid olmadığını bildirdi. Lakin problemin yerli bələdiyyə tərəfindən nəzarətə götürüləcəyinə də söz verdi.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR