Hadisə

Abşeronda cəsədlər sahilə çıxır - Xəzərin faunası təhlükə ilə üz-üzə - VİDEO

  • 08 Jul 2021
  • 99026 baxış

Əməkdar artist Bəhram Bağırzadə Xəzərin sahilində gəzişərkən xoşagəlməz hadisə ilə rastlaşıb.

Milli.Az xəbər verir ki, aktyor dalğaların ölmüş suiti cəsədini sahilə çıxardığının şahidi olub. Bəhram Bağırzadə Abşeronun Şüvəlan qəsəbəsindən keçən Xəzər dənizi hissəsində tez-tez gəzdiyini bildirsə də, ilk dəfə olaraq belə bir halla rastlaşdığını deyib.

Bu da həmin kadrlar:

Xatırladaq ki, Xəzər dənizinin Mahaçqla şəhəri yaxınlığından keçən hissəsindən təxminən iki ay öncə 150-dən çox nadir suiti ölüsü aşkar edilmişdi. 

Qeyd edək ki, Xəzər suitisi Xəzər dənizində yaşayan yeganə məməli növdür. Bu heyvanlar 2008-ci ildən etibarən nəsli kəsilməkdə olan heyvan statusu ilə "Qırmızı kitab"a salınıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR