idman

“Hakim böyük səhvə yol verdi”

  • 08 Jul 2021
  • 98976 baxış

Danimarka millisinin sabiq qapıçısı Peter Şmeyxel Avro-2020-nin yarımfinalında İngiltərə ilə matçda (1:2) baş hakim Denni Makkellinin Danimarkanın qapısına təyin etdiyi penaltidən danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, rəqibin oyunçusu Rahim Sterlinqin cərimə meydançasından yıxılmasına baxmayaraq, referinin qərarının düzgün olmadığını bildirib:

"Bu, böyük səhvdir. Mübahisələr çox uzun müddət davam edəcək. Ancaq burada penalti epizodu yox idi. İngiltərə çox təhlükəli anlarından birində qol vursaydı, məğlubiyyəti daha sakit qəbul edərdim. Ancaq təəssüf ki, hakim böyük səhvə yol verdi. Bu mövzuda ümumi fikri bilirəm. Bu məsələ bağlı telefonuma çoxlu mesaj gəlib. Həmin epizodda penalti olmadığını yazıblar. Hər halda Danimarka millisi ilə qürur duyuruq".

Qeyd edək ki, sözügedən görüşdə penaltini Harri Keyn yerinə yetirib. Qapıçı Kasper Şmeyxel ilk zərbəni dəf etsə də, Harri Keyn təkrar zərbə ilə komandasını hesabda irəli çıxarıb. İngiltərə yekunda 2:1 hesabı ilə qalib gələrək finala adlayıb.

Əlavə edək ki, Kasper Şmeyxel Peter Şmeyxelin oğludur.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR