Xəbərlər

Samaxıda 20 yaşlı hamilə qadın intihar edib

  • 06 Jul 2021
  • 5698718 baxış

Şamaxı rayonunda intihar hadisəsi baş verib.

xalqtv.com  bildirir ki, hadisə rayonun Qaleybuğurt kəndində qeydə alınıb. Ağdam rayonundan olan və həmin kəndə gəlin köçən 2001-ci il təvəllüdlü Quliyeva Səkinə Sədrəddin qızı yaşadığı evin həyətində yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib. On bir aylıq körpə uşağı olan və 4 aylıq hamilə olan Səkinə Quliyeva təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılsa da, həkimlər qadını xilas edə bilməyiblər.

İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR