Xəbərlər

Vətən müharibəsində böyük şücaət göstərən qəhrəmanımız

  • 05 Jul 2021
  • 85623532 baxış

Vətən müharibəsində böyük şücaət göstərən igid hərbçilərimizdən biri də Niyaməddin Ələkbərov olub. 

xalqtv.com-a istinadən bildirir ki, Niyaməddin ali məktəbə qəbul olsa da, vətənə hərbiçi kimi xidmət etməyi üstün tutub.

O, əsgərlikdən sonra yenidən orduda xidmətini  davam etdirmək istəyib.

Elə müharibə başlayan zaman da tərəddüd etmədən ön cəbhəyə  yollanıb. 32 yaşlı gizir 44 günlük Vətən müharibəsində kəşfiyyatçı kimi düşmənə sözün əsl mənasında qan uddurub. Oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Naxçıvanın Sədərək rayonundan olan Niyaməddin hərbi xidməti dövründə nümunəvi hərbiçi kimi seçilib. "Ən yaxsi kəşfiyyat birliyi" adı uğrunda keçirilən yarış zamanı 1-ci yerin əldə edilməsində göstərdiyi səy və bacarığına görə fəxri fərmana layiq görülüb.

Qəhrəmanımız Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. İgidimiz qalib ordunun qalib hərbçisi kimi tarixə düşüb.

Ölümündən sonra Niyaməddin Ələkbərov "Füzulinin azad olunmasına görə"  " Vətən ugrunda" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə"ordeni ilə  təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

xalqtv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR