Xəbərlər

Payıza qədər vaksinasiya prosesini yekunlaşdırmağı hədəfləyirik

  • 02 Jul 2021
  • 3766066 baxış

Ölkədə vaksinasiya prosesi uğurla icra edilir. Gündəlik 80 min dozadan artıq vaksin vururuq.

xalqtv.com Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Bildirib ki, yaxın müddətdə vaksinasiya məntəqələrinin əhatə dairəsini genişləndirərək, günlük doza sayını 100 minin üzərinə çıxarmaq hədəflənir:

"Bunun üçün bütün qurumlarımız koordinasiyalı şəkildə çalışır. Hazırda ölkədə 4 növ vaksin var: Çinin "Sinovac" şirkətinin məhsulu olan Coronovac-İnaktiv, COVAX çərçivəsində ölkəmizə gətirilənən Pfizer-BioNTech və AstraZeneca, bir də digər vektor əsaslı vaksin olan Sputnik V vaksini. Bu gün Azərbaycan bəlkə nadir ölkələrdəndir ki, 4 növ vaksin vətəndaşlarımız üçün əlçatandır. Ölkədə 3 milyon 500 min dozadan artıq vaksin vurulub. Bu, sürətlə 4 milyon dozaya yaxınlaşır. Hazırda vaksinasiya prosesi 18 yaşdan yuxarı vətəndaşlarımız arasında aparılır. Əsas hədəfimiz bu prosesi payız mövsümünə qədər yekunlaşdırmaqdır".

R.Bayramlı bildirib ki, vaksinlər pandemiyanın qarşısını almağın ən radikal və ən doğru yoludur:

"Aparılan son elmi-statistik araşdırmalar da bunu sübut edir. Bizdə tətbiq olunan bütün vaksinlər effektiv və təhlükəsizdir. "Pfizer-BioNTech", "AstraZeneca" və "Sinovac" vaksinləri ÜST tərəfindən təsdiqlənib. Digər vaksinin təsdiqlənməsi üçün isə sənədlər təqdim olunub. Bu peyvəndlərin təsdiqlənməsi onların təhlükəsizliyinin qarantıdır. Təbii ki, biz buna qədər dünya ölkələrində və qardaş Türkiyədə aparılan üçüncü mərhələ klinik tədqiqatların nəticələrinə əsaslanaraq "Sinovac" vaksinindən başlamışdıq. Bundan sonrakı mərhələdə vaksinasiyanın bütün qrupları əhatə etməsi lazımdır. Mən həmvətənlərimizi prosesdə aktiv iştirak etməyə dəvət edirəm".

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR