Xəbərlər

Rusiyada son sutkada koronavirusdan rekord sayda ölüm qeydə alınıb

  • 02 Jul 2021
  • 4575928 baxış

Rusiyada son sutka ərzində daha 23 218 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Xalqtv.com  APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 5 561 360 nəfərə çatıb.

Son sutka ərzində 729 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 136 565 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR