idman

18 yaşlı futbolçu məşqdə ölüb

  • 23 Jun 2021
  • 2268 baxış

Macarıstanın "Andraşid" klubunun futbolçusu Viktor Marsel məşq zamanı ölüb.

XalqTv.com report-a istinadən bildirir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb.

Klubunun prezidenti Zoltan Soos bildirib ki, gənc futbolçu məşq zamanı qazonun üstünə yıxılıb və huşunu itirib.

"Komanda yoldaşları və məşqçi dərhal gənc oyunçuya yardıma atıldılar və onu sabit vəziyyətə gətirməyə çalışdılar. Onlar telefonla təcili yardım xidmətinin rəhbərliyi altında ürəyin və defibrilyatorun masajından istifadə edərək, reanimasiyaya başladılar", - komandanın rəsmisi bildirib.

Stadiona gələn təcili tibbi yardım reanimasiya hərəkətlərini davam etdirib, ancaq oyunçunu xilas etmək mümkün olmayıb.

"Viktor Marsel Heqedyusun simasında biz istedadlı oyunçunu, komanda yoldaşımızı və dostumuzu itirdik. Onun yoxluğu qəbul etmək yalnız ailəsi üçün yox, "Andraşid"in bütün üzvləri üçün çətin olacaq. Doğmalarına başsağlığımızı ifadə edirik!" - Soos bildirib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR