Xəbərlər

Rusiya Azərbaycanın daha beş müəssisəsindən pomidor idxalına icazə verib

  • 25 May 2021
  • 5036 baxış

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") mayın 25-dən etibarən Azərbaycanın beş müəssisəsindən pomidor idxalına icazə verib.

XalqTv.com Trend-ə istinadən xəbər verir ki, bu barədə bu barədə "Rosselxoznadzor"dan bildiriblər.

Bildirilib ki, qərar birgə video müayinələr zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra, habelə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə verilib:

"Beləliklə, hazırda ümumilikdə 131 Azərbaycan müəssisəsi Rusiyaya pomidor tədarük edə bilər"

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR